01 aprel 2026-cı il tarixinə Neftçala rayonu üzrə kənd təsərrüfatı göstəriciləri

2026-05-13 Baxış: 11
img

Kənd təsərrüfatında 2026-cı ilin yanvar-mart aylarında 14035,7 min manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2 faiz  az kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalı 2,2 faiz azalmışdır.

2026-cı ilin yanvar-mart aylarında 2110,5 hektar və ya 2025-ci ilin müvafiq dövrünə   nisbətən 0,6 faiz çox yazlıq bitkilər əkilmişdir. 2026-cı ilin 01 aprel tarixinə 165,5 hektar sahədə kartof, 67,6 hektar sahədə tərəvəz, 20,1 hektar sahədə ərzaq üçün bostan 332,2 hektar sahədə vələmir, 37,5 hektar sahədə dən üçün qarğıdalı, 1487,6 hektar sahədə isə çoxillik otlar əkilmişdir.

2026-cı il aprelin 1-i vəziyyətinə rayon üzrə 44928 baş iribuynuzlu mal-qara,  o cümlədən 25797 baş inək və camış, 150108 baş qoyun və keçi mövcud olmuşdur. 2025-ci il aprelin 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 260 baş (0,6 faiz), qoyun və keçilərin sayı 536 baş  (0,4 faiz), inək və camışların sayı 688 baş (2,7 faiz) artmışdır.

Hesabat dövründə diri çəkidə 1014,0 ton ət, 6149,0 ton süd və 2601 min ədəd yumurta istehsal olunmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3,5 faiz, süd istehsalı 0,5 faiz azalmış, yumurta istehsalı  isə 0,2 faiz artmışdır.



Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov