Neftçala Rayonu üzrə işçilərin sayı və orta aylıq əməkhaqqı göstəriciləri

2026-05-13 Baxış: 8
img

2026-cı ilin  martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 7767 nəfər, o cümlədən dövlət sektorunda 4549 nəfər, qeyri-dövlət sektorunda isə 3218 nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 410 nəfər, qeyri neft-qaz sektorunda isə 7357 nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 8,2 faizi emal sənayesində, 1,3 faizi tikintidə, 6,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 5,8 faizi mədənçıxarma sənayesində, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 23,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 28,9 faizi təhsil, 11,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi informasiya və rabitə, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.


         Əməkhaqqı 2026-cı ilin yanvar-fevral aylarında rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 691,5 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 1433,9 manat, qeyri neft-qaz sektorunda 652,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 682,0 manat, özəl müəssisələrdə isə 705,4 manat olmuşdur. 


Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov