Neftçala rayonunda soyqırım qurbanlarının xatirəsi dərin hüznlə yad olunub

2022-03-31 Baxış: 497
img
Neftçala rayonunda 31 Mart soyqırımının 104-cü ildönümü dərin hüznlə yad olunub.
Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
MAYAKİNFO xəbər verir ki, anım mərasiminin iştirakçıları Neftçala şəhərinin mərkəzində inşa olunan Şəhidlər abidə kompleksi, həmçinin 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksi və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarını ziyarət edib, önünə çiçəklər düzüb və ruhlarına dualar oxuyublar.