Neftçalanın icra başçısı vətəndaşların problemlərini yerində həll edib
Neftçala
RİH başçısı vətəndaşlar tərəfindən edilən müraciətlərin vaxtında həlli üçün Xol
Qaraqaşlı kəndində olub. Vətəndaşların çox saylı müraciətlərinə əsasən Akkuşa
çayında suyun limitinin artırılması, suyun ədalətli şəkildə və növbəlilik qrafikinə
uyğun olaraq verilməsi ilə əlaqədar olaraq sakinlərlə görüş keçirilib. Görüş
zamanı vətəndaşlar tərəfindən ediləm müraciətlərə əsasən Neftçala Suvarma
Sistemlərinə aid Xol Qarabucaq və Xoltəzəkənd nasos stansiyaların su ötürmə
gücünə və həmin kəndlər üzrə əkin sahələrinə baxış keçirilib. Vətəndaşlara arpa,
buğda, yonca və arat suvarma suyunun növbəlilik qrafikinə və suvarma
normalarına uyğun olaraq aparmaqları tövsiyə olunub.
Qeyd
edək ki, vətəndaşlar tərəfindən olunan müraciətlər Rayon İcra Hakimiyyəti
başçısının dünən (6 aprel) keçirdiyi səyyar görüş zamanı qeydə alınıb.
Digər xəbərlər