Neftçalada sahibkarlarla görüş keçirilib.

2022-04-26 Baxış: 662
img

Neftçala rayonunda ideoloji maarifləndirmə tədbirləri çərçivəsində  növbəti tədbir keçirilib.

Neftçala Rayon İcra Hakimiyyəti və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə  “Özəl sektora dövlət dəstəyi” və “Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir” mövzusunda keçirilən tədbirdə Neftçala DAİM-in, KOB-un, Prior Leasing ASC-nin nümayəndələri və rayon ərazisində fəaliyyət göstərən fermer və sahibkarlar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev ilk öncə 25 Aprel “Sahibkarlar Günü” münasibətilə sahubkarları təbrik etmiş, uğurlar arzulamışdır. Daha sonra Vasif Əliyev dövlətimiz tərəfindən özəl sektora, fermer və sahibkarlara göstərilən diqqət və dəstəkdən danışmış, bu sahədə aparılan islahatlardan bəhs etmişdir.

“Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir” mövzusunda çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev 20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov arasında imzalanmış dövlətlərarası sənədlər barədə məlumat vermiş, iki ölkə arasında bağlanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi barədə xüsusi qeydlərini bildirmişdir.

Daha sonra Neftçala DAİM-in direktoru Ramil Salmanov, Salyan rayonunda fəaliyyət göstərən “KOB Dostu” Anar Əhmədov və Prior Leasing ASC-nin Salyan filialının müdiri Ramiq Əhmədov çıxış edərək kənd təsərüfatı və sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət proqramları,  bu sahələrdə olan yeniliklər barədə məlumat vermiş, tədbirdə iştirak edən fermer və sahibkarların suallarını cavablandırmışdılar. 

Sonda Neftçala Fermerlər Şurasının sədri, 3-cü dərəcəli “Əmək” ordenli fermer Mürsəl Qəfərov çıxış edərək fermerlərə və sahibkarlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir.