Neftçalada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının
inzibati binasında “Milli həmrəyliyi təmin etmiş xalqın Ümummilli Lideri” adlı tədbir keçirilmişdir.
YAP Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən ideoloji maarifləndirmə tədbirində
rayonda ərazisində fəaliyyət gösətərn idarə və təşkilatların rəhbərləri, Ərazi
partiya təşkilatlarının sədrləri və fəal partiya üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının
sədri Ülvi Fərzəliyev ilk öncə iştirakçılardan Ulu Öndər Heydər Əliyevin və
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir
dəqiqəlik sükutla yad edilməsini xahiş
etmiş, daha sonra Ulu Öndərə həsr edilmiş film nümayiş etdirilmişdir. Ülvi
Fərzəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və
yaradıcılığından, onun xalqımız və dövlətimiz üçün etdiyi misilsiz xidmətlərdən
bəhs etmişdir.
Tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyəti
başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir
müavini Vasif Əliyev də öz çıxışında dahi rəhbərin Azərbaycan tarixindəki əvəzsiz
rolu və xidmətlərindən danışmış, ölkəmizin bütün sahələrinin inkişafında Ulu
Öndərin imzasının olduğunu bildirmişdir.
Daha sonra tədbirdə iştirak edənlərin hər biri
fenomen şəxsiyyət olan Heydər Əliyev haqqında öz xoş təəssüratlarını bölüşmüş, Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür
yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu qeyd etmişdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni
üzv olmuş şəxslərə vəsiqələr təqdim edilmişdir.
Digər xəbərlər