Son vaxtlar Azərbaycanın Parisdəki səfirliyinə bir neçə dəfə basqın edilib

2022-10-21 Baxış: 374
img

Azərbaycan çoxsaylı cəbhələrdə qələbə qazanıb.Torpaqlarımızın azadlığı uğrunda mübarizə bir neçə cəbhədə gedirdi. Azərbaycanın Qarabağdakı qələbəsi bütün cəbhələrdəki qələbənin təməl daşı oldu. Müharibənin ilk günündən Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki erməni lobbisinin Azərbaycana qarşı yaratdığı informasiya blokadasına baxmayaraq, yerli qəzet, jurnal, radio və televiziya kanalları vasitəsilə fransız auditoriyasını, yerli ictimaiyyəti məlumatlandırmağa nail oldular. Qarabağla bağlı fransız dilində hazırlanmış broşür lazımi ünvanlara göndərildi.

Müharibənin ilk günlərində erməni terror təşkilatı ASALA və onun gənclər qolu olan FRA Nor Seroundun üzvləri dəfələrlə səfirliyə hücumlar edib, səfirlik binasına ziyan vurmuşdular. Erməni lobbisinin vəhşiliyinin şahidi olan, eləcə də onların mənfur niyyətini başa düşən fransız polisi PKK üzvləri ilə birləşərək demək olar hər gün səfirliyimizə hücum edən erməni daşnaklarını səfirliyin küçəsinə paralel küçəyə yığaraq onların mənfur planlarını pozdular.

Belə hücumlardan biri də sentyabr ayında erməni millətçiləri Azərbaycanın Fransadakı diplomatik xidmətinə qarşı terror xarakterli hücum idi. Erməni diasporunun nümayəndələrinin Azərbaycan səfirliyinə və onun Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı 3 ciddi insident baş verdi. Ümumiyyətlə, erməni diasporunun üstünlük təşkil etdiyi ölkələrdə onun nümayəndələrinin Azərbaycanın diplomatik korpusuna qarşı daimi təhdidləri bu korpusun yerləşdiyi ölkələrin hökumətləri tərəfindən laqeydliklə qarşılandığı üçün yeni hücumlar təhlükəsi hələ də qalmaqdadır.Parisdə Azərbaycanın diplomatik korpusuna qarşı davamlı təhdidlər, vandalizm və fiziki zorakılıq aktları Azərbaycan-Fransa münasibətlərinin gələcəyi, eləcə də Ermənistanla ölkəmiz arasında sülh üçün ciddi problem yaradır.Erməni millətçi diasporunun radikallaşmasının arxasında uzun müddət Azərbaycana, eləcə də Fransada yaşayan azərbaycanlılara qarşı təzyiqləri müdafiə edən eyni fiqurlar dayanır. Hücumların arxasındakı əsl təşkilatçılar gizlədilsə də, erməni millətçi hərəkatının iki lideri - Frank Papazyan və Ara Toranyan böyük ehtimalla Azərbaycan səfirliyinə, bir neçə həftə sonra səfirliyin Mədəniyyət Mərkəzinə və yenidən səfirliyin binasına şiddətli hücumları, səfirlik binalarına qarşı vandalizm aktlarını təbliğ edib və dəstəkləyiblər.Buna baxmayaraq, vəkil Edmond Verdye tərəfindən təmsil olunan Lexlor hüquq şirkəti bu yaxınlarda təsdiqlədi ki, səfirliyə hücum edən və fiziki güc tətbiq edərək binaya daxil olmağa cəhd göstərən bir neçə nəfər Fransa polisi tərəfindən həbs edilib. Polis tərəfindən sorğu-sual edilərək onların şəxsiyyətləri müəyyənləşdirilib. Erməni ekstremistlərinin silsilə hücumlarından sonra səfirlik polis tərəfindən artıq mühafizə olunur. Qeyd etmək lazımdır ki, bu hücumların iştirakçıları arasında əlaqə var. Onların bir neçəsi davamlı olaraq Azərbaycanın Fransadakı diplomatik nümayəndəliyinin əməkdaşlarına qarşı vandalizm və zorakılıq aktlarında iştirak ediblər. Bu zorakılıq və vandalizm aktlarında xüsusilə Fra Nor Serundun aqressiv üzvlərinin dəfələrlə belə hücumlarda olduğu müəyyən edilib. Bütün bunlar bu erməni millətçi qrupunun nə qədər təhlükəli olmasından xəbər verir.

Cəlal Rəsulov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü