Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən zirvə toplantısında iştirakı dövlət başçımıza olan hörmətin, eləcə də onun beynəxalq aləmdə olan nüfuzunun ifadəsidir.
Azərbycan ərəb dövlətləri ilə həm iki tərəfli, həm də
İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatlar
çərçivəsində təmasların dərinləşdirilməsində maraqlı ölkədir. Azərbaycan ərəb
dünyasının haqlı işini həmişə dəstəkləyir. Məsələn,ölkəmiz İsrail-Fələstin
münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmasında iki dövlət
prinsipi üzrə eləcə də müvafiq BMT qətnamələri əsasında həllinin tərəfdarı kimi
çıxış edir. Prezidentin Zirvə toplantısındakı çıxışı yeni qlobal düzəndə Azərbaycanın
yerinə o cümlədən postmuharibə mərhəısində Cənubi Qafqazdakı yeni reallıqlara
da aydınlıq gətirir. “Bu gün mən sammitdə Qoşulmama hərəkatının sədri kimi
iştirak edirəm. Lakin eyni zamanda bizim Ərəb Dövlətləri Liqasında üzv olan
dövlətlərlə çox yaxşı münsibətlrimiz var. Əminəm ki, yaxın gləcəkdə də bizim əməkdaşlığımız
artacaq, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri liqasına
üzv olan dövlətlələ ikitərəfli əməkdaşlığa xüsusi önəm veririk.Biz aramızda
olan qaşılıqlı həmrəyliyi yüksək qiymətləndiririk.”
Beləliklə,
prezident İlham Əliyevin BMT-nin baş katibi, Afrika İttifaqının sədri və İslam
Əməkdaşlıq Təşkilatının baş katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Əlcəzairdə
keçirilən zirvə toplantısında iştirakı dövlət başçımıza olan hörmətin, eləcə də
onun beynəxalq alımdə olan nüfuzunun ifadəsidir.
Oktyabr ayı
üçün dövlət başçımızın gərgin iş qrafikinə nəzər yetirsək görərik ki, onun ikitərəfli
və çoxtərəfli əsasda keçirdiyi görüşlər Azərbycanın beynəlxalq əlaqələrinin
gücləndirilməsində müstəsna rol
oynayacaq. Ona görə də birmənalı şəkildə demək olar ki, prezidentin yürütdüyü
praqmatik və zamanla ayaqlaşan qətiyyətli siyasəti ölkəmizin müxtəlif siyasi
qütblərdə güc mərkəzləri ilə barəbərhüquqlu əlaqələr qurmasında habelə muasir
dövrün çağırışlarına adekvat cavab verməsində diplomatik uğurumuzu təmin
edir.Əlcəzazir səfəri də bu uğurun növbəti istiqamətidir.
Ərəb Dövlətləri
Liqası 1945-ci ildə Qahirədə təsis edilibtərkibinə 22 dövlət daildir.Liqa
siyasi məsələlərə xüsusi diqqət yetirir və yaxın Şərqdəki süih prosesində ərəb
dövlətlərinin maraqlarını müdafiə edir.Rəsmi Bakı 2005 –ci ildə Ərəb Dövlətləri
Liqası ilə anlaşma meamrandumu imzalayıb və bu liqada müşahidəçi statusuna
malikdir.
2004-cü ildə
Ər-Riyadda keçirilmiş forum çərçivəsində qəbul olunmuş Ər-Riyad bəyənnaməsində
keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT təhlükəsizlik şurasının qətnamələrinə
uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin
vacibliyi vurğulanmışdır. Lakin BMT-də olan ikili standartlar 30 il işğalçının bu tələblərdən yan keçməsinə
imkan verdi.
“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməlıri
bir neçə gün ərzind icra olunur amma bizə gəldikdə bu qətnaməlır 30 il ərzində
kağız üzərində qaldı.Bu ikili standartdır, bu yolverilməzdir,bu beynəlxalq
hüququn norma və prinsipərinə, ölkələrin öhdəliklərinə slektiv yanaşamdır. Buna
görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkən bir ölkə kimi Azərbaycan münaqişələrə
dair yanaşmaların birləşdirilməsi işinə töhvə vermək üçün fəal şəkildə fəaliyyət
göstərir”
Prezident
İlham Əliyev səfər çərçivəsində Əlcəzair şəhərində şəhidlər abidəsini və
mücahidlər muzeyini ziyarət etmişdir. Tarixi faktlar göstərir ki, Azərbaycan və
əlcəzair xalqını birləşdirən bir çox oxşar məqamlar var.
Birinci
məqam hər iki ölkə uzun müddət haqsız təcavüzə, ərazi itkisinə, soyqırıma,
terrora və vandalizmə məruz qalıb. Fransa və Ermənistan tərfindən ərazisinə görə
Afrikanın və Ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına
vaxtilə muxtariyyət verməyən Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə
müxtariyyət istəməsi ən böyük riyakarlıqdır.
İkinci məqam Fransa ordusu öz azadlığını tələb edən Əlcəzairlilərə
qarşı kütləvi qətliamlar, insanlıq əleyhinə çoxsaylı cinayətlər törətdi. Məsələn
1832-ci ildə Əlcəzairin Fransa tərəfindən
işğal edilməsinə qarşı çıxan El-Ufla qəbiləsinin üzvləri gecə yatdıqları yerdə
qılıncdan keçirildi. Bu hadisənin bənzərini isə Azərbaycan xalqı 1992-ci ildə
Xocalıda yaşadı.
Üçüncü məqam 10 minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün
Parisdə nümayişə çıxdı. Fransa polisinin açdığı atəş və nümayişçiləri Sena
çayına atması ilə 1500-ə qədər əlcəzairli qətlə yetirildi, minlərcə şəxs həbs
olundu. Tarixə Sena qətliamı kimi daxil olan bu qətliam cinayətini Fransa
hakimiyyəti bu günə qədər boynuna almır.Onların ənənəsini dvam etdirən Ermənistan
da 1992-1993-cü illərdə Qaradağlıda, Ağdavanda, Xocalıda və digər yaşayış məntəqələrində
azərbaycnalılara qarşı törədilən söyqırıma görə özünü təqsirli saymır, əksinə,
bu cinayəti qəhrəmanlıq kimi təqdim
edir.
Dördüncü məqam Ermənistanla Fransa siyasətində
daha bir oxşarlıq qanunsuz məskunlaşmadır. Belə ki, Qarabağda regionun etnik tərkibini
dəyişmək üçün İrəvan tərəfindən Yaxın Şərqdən və digər reionlardan erməni əsilli
şəxslərin Azərbacan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma
nəticəsində əhalinin bir milyonu bu torpaqlarla heç bir bağlılığı olmayan
avropalılardı.
Beşinci məqam Fransanın insanlığa
yaraşmayan daha bir hərəkəti Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan
xalqların 21 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirilməsidir. Həmin
sümüklərin 500-ü əlcəzairlilərə məxsus olduğu bildirilir. Bu gün də Azərbaycanın
işğaldan azad olmuş ərazilrində də kütləvi məzarlıqlar, sketlər aşakarlanır.
Memorial və muzeyləri ziyarət edən Prezident bildirdi
ki, Fransa Əlcəzairə qarşı amansız davranmış bu da 1,5 milyon əlcəzairlinin həlak olması ilə nəticələnmişdir
və bu faciləri daim anaraq Əlcəzir üçün əlimizdən gələni etməliyik.
Bununla ölkə
başçımız beynlxalq tribunadan Avropanın əsas ölkələrindən biri olan Fransanı və
rəsmi Parisi fatiki olaraq zorakılıqda,
kütləvi qəddarlıqda və mina terrorunda konkret faktlarla, arqumentlərlə tənqid
edir. Fransanın kolonial dövlər kimi iç üzünü açır.
Azərbaycan prezidentinin 1 Noyabr İnqilab günündə Əlcəzair
səfəri, səfərə yollanmazdan öncə isə Əlcəzair prezidentinə ünvanladığı təbrik məktubu,
eləcə də Əlcəzair mücahidlər muzeyini ziyarət etməsi və və muzeyin xatirə
kitabında Əlcəzair XDR–na ilk dəfə səfərə gəlməkdə və qardaş Əlcəzair xalqına dərin
ehtiramımın ifadəsi olaraq Milli Müczahidlər muzeyini ziyarət etməkdən şərəf
hissi duyduğunu sözlərini yazması dünyadakı müstəmləkıçiyin, o cümlədən də Əlcəzairdə
Fransa kolonializminin qurbanlarının xatirəsinə açıq ehtiramın ifadəsi idi.
Fərqanə Ağalarova,
YAP Nefçala rayon təşkilatı
Digər xəbərlər