Bu gün Yeni Azərbaycan Partiyası bütün siyasi proseslərin önündə gedir.
21 noyabr 1992-ci
il Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün Azərbaycanın ictimai-siyasi fikir tarixinə
unudulmaz və möhtəşəm bir tarixi an kimi həkk olunmaqla, cəmiyyətimizin bütün
sferalarında yeni bir başlanğıcın təməlini qoydu. Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi və siyasi ideyaları əsasında qurulan Yeni Azərbaycan
Partiyası 30 illik zəngin və şərəfli inkişaf yolu keçməklə, ümumxalq
partiyasına çevrildi. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın
ictimai-siyasi həyatında baş verən bütün ideoloji işlərin önündə gedir. Yeni Azərbaycan
Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət
nəticəsində Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur. Bu gün Yeni Azərbaycan
Partiyasının ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi odur ki, YAP-ın
siyasi platformasının, proqramlarının əsas qayəsini, ana xəttini azərbaycançılıq,
milli mənəvi dəyərlərin qorunması, vətəndaşların layiqli həyat səviyyəsini təmin
edilməsi və dövlətçilik işinin uğurla qurulması təşkil edir. İndi bizlər 800
minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası sıralarında cəmiyyətin bütün təbəqələrinin
nümayəndələrini görə bilərik. Xüsusi vurğulanmalıdır ki, Yeni Azərbaycan
Partiyasının yaradılması tarix zərurətdən doğan bir reallıq idi. 1992-ci ildə
ölkə ərazisində tüğyan edən hərc-mərclik, siyasi anarxiya, orduda vahid
komandanlığın olmaması və digər amillər Azərbaycanı bir dövlət olaraq dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir ağır
siyasi mənzərəni aradan qaldırmaq üçün həmin günlərdə Azərbaycan xalqına bir
xilaskar, Lider gərək idi. Belə olan halda bir qrup ziyalı bütün bu müsbət
keyfiyyətləri özündə birləşdirən və həmin vaxt Naxçıvan Ali Məclisinin sədri
olan Heydər Əliyevə müraciət ünvanladılar.
Məhz Ulu Öndərin həmin müraciətə müsbət reaksiya verdiyi an Azərbaycanın
ictimai-siyasi fikir tarixində dönüş nöqtəsi kimi qəbul edilir. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasinın təsis konfransının keçirildiyi gün YAP-ın yarandığı gün kimi
tarixdə əbədi yaşayacaqdır. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri
seçilməsi və eyni zamanda qısa vaxt ərzində Azərbaycanda siyasi hakimiyyətə gəlməklə
ölkəni böyük bir uçurumdan xilas etdi, ölkənin müstəqilliyi üçün ən böyük təhlükə
olan siyasi hərc-mərcliyə son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.
Bu gün çox böyük əminlik hissi ilə vurğulamalıyıq ki, Ümummilli Lider Heydər
Əliyevin siyasi ideyaları ilə bünövrəsi qoyulan, təsis edilən Yeni Azərbaycan
Partiyası son 30 ildə Azərbaycanımızın müstəqilliyinin möhkəmlənməsi və qüdrətlənməsində,
o, cümlədən ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində
üzərinə düşən bütün öhdəlikləri uğurla icra etmiş və bu missiya hazırda da uğurla icra olunmaqdadır.
Oqtay Kərimov;
Digər xəbərlər