İki məsələ paralel inkişaf etməlidir-Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması
1993-cü il aprelin 3-də Ermənistanın Azərbaycanın Kəlbəcər
rayonunu işğal etməsinə etiraz olaraq Türkiyə Ermənistanla sərhədlərini
bağlayıb. Ancaq sonrakı illərdə qonşuluq və hər iki ölkənin iqtisadi və siyasi
ehtiyacı sərhədlərin açılmasını aktuallaşdırıb və mövzu davamlı olaraq gündəmə
çevrilib. Müstəqillikdən bu yana Ermənistanın 4 hakimiyyəti dövründə Türkiyə
ilə sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası zaman-zaman müzakirə
olunsa da, ölkələr arasında fikir ayrılıqları, xüsusilə davam edən Qarabağ
konflikti iki ölkənin yaxınlaşmasına əngəl törədib. Sərhədlərin açılması üçün
Türkiyənin Qarabağ məsələsinin həlli (yəni Ermənistan qoşunlarının işğal
edilmiş Azərbaycan ərazilərindən çıxması) şərtini irəli sürməsinə, Ermənistanın
isə sərhədlərin açılmasını Qarabağ məsələsindən ayrı tutmasına görə anlaşma
mümkün olmayıb.
2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi
nəticəsində Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərin böyük
hissəsini geri qaytarması ilə Türkiyə-Ermənistan münasibətlərinin bərpası
yolunda əsas maneələrdən biri aradan qalxıb və ölkələr arasında münasibətlərin
düzəlməsi üçün yeni fürsət yaranıb. Müharibədən sonra hər iki ölkə sərhədlərin
açılması və münasibətlərin bərpası ilə bağlı rəsmi səviyyədə istəklərini ifadə
etsələr də, qeyri-müəyyənlik hələ də davam edir.
Əvvəla,
regionda sülh mentaliteti. Erməni cəmiyyəti on illər ərzində zəhərlənmişdir. Cəmiyyəti
diaspor və erməni millətçilərinin təbliğatı zəhərləmişdir. Onların azərbaycanlılara
qarşı törətdiyi dəhşətli hərəkətlərin, bizim şəhərlərimizi nəyə görə məhv
etdiklərinin səbəblərindən biri də bu idi. Məsələn, Ağdam, Şuşa, Füzuli və
başqa şəhərləri nəzərdə tuturam. Onların beyni diaspor tərəfindən yuyulmuşdur.
Çünki biz onlara heç bir ziyan vurmamışdıq. Etmək istəsəydik də, vaxtımız yox
idi. Ağdam 1990-cı illərin əvvəlində işğal olunmuşdur. Nəyə görə bu qədər nifrət
var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri dağıdırlar? Cavab
onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və
Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya
onların ideologiyasıdır. Həmçinin onlar öz tarixləri, öz tarixi şəxsiyyətləri
haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa
başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki
onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər.
Düşünürəm ki, bu ideologiya onları fəlakətə apardı. Çünki bir vaxtlar onlar həqiqətən
də cəsur əsgər olduqlarını, ən böyük millət olduqlarını, sivilizasiyaların
beşiyi olduqlarını və dünyanın mərkəzi olduqlarını düşünürdülər. Bu uydurma
reallıq onlara baha başa gəldi. Müharibənin nəticəsi onlar üçün sanki bir soyuq
duş idi. Onlar bunun baş verməsini, bu məğlubiyyətlə bu qədər alçalacaqlarını
gözləmirdilər. Onlar özləri etiraf edirdilər ki, müharibə vaxtı hərbi xidmətdən
yayınmış 10 mindən çox fərari var idi. İndi baş verənlər isə ümid edirəm, onlar
üçün məlhəm ola bilər. Çünki onlara müalicə lazımdır. Onların cəmiyyətinə
psixoloji yardım lazımdır.
İndi biz ritorika dəyişikliyini
görürük. İndi onlar Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz
bunu dəstəklədiyimizi deyirik. Biz buna etiraz etmirik, əksinə, biz istəyirik
ki, bu iki məsələ paralel getsin - Türkiyə-Ermənistan münasibətlərinin
normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması.
İndi onlar sülh və sair haqqında danışırlar. Mən bunun nə dərəcədə səmimi
olduğunu, onların tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq
üçün onlara daha bir soyuq duşun lazım olub-olmadığını bilmirəm. Lakin onlar öz
təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər.
Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar
tamamilə çaş-baş qalacaqlar. Onlar başa düşdülər, xüsusilə, dünən cənab
Paşinyanın öz həmkarlarına qarşı çox qeyri-diplomatik və deyərdim ki, özünə
qarşı zərərli olan demarş etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
üzvlərinin sammitindən sonra. O başa düşür ki, biz istəsək bir çox şeylər edə
bilərik və heç kəs bunun qarşısını ala bilməz. Məsələ burasındadır ki, biz bunu
istəmirik. Biz sülh istəyirik. Biz istəyirik onlar başa düşsünlər ki, onlar
Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri
ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr
əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə etmək
istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey
deyil. Biz onların ərazisini istəmirik. Biz müharibəni istəmirik. Müharibəni
istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz - nə onun Qərbi Avropadakı
sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində
yerləşən qonşusu. Bunu Cənab İlham Əliyev ADA-da keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda
ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuzun sülh hərəkatının alimi
olaraq regionda sülh təfəkkürünün yaradılması üçün cəmiyyət səviyyəsində olan əsas
problemi nədə görürsünüz?sualına cavab verərkən söyləyib.
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı,
Cəngən kənd Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər