Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin davamlı uğur hekayəsidir.

2022-12-24 Baxış: 499
img

“Ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”

Prezident İlham Əliyev.

    İqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyin gücləndirilməsinə xidmət edərək, ölkənin bir nömrəli probleminin həllini də yaxınlaşdırdı.

    2014-cü ilin sentyabırında əsrin müqaviləsinin 20-ci ildönümündə Sənqəçal terminalında təməli reallaşan Cənub Qaz Dəhlizi 20 illik uğurlu enerji siyasətinin məntiqi  davamı idi.Bakı-Tibilisi boru kəmərindən iki dəfə uzun olacan layihə 45 milyard dollar dəyərində qiymətləndirilir. Layihə Azərbaycana əlavə dvidentlər gətirməklə ölkə itisadiyyatını daha da sürətlə inkişaf etdirəcəyini  hələ əvvəldən proqnozlaşdırırdı.

    Avropanın enerji təhlükəsizliyində mühüm faktor olacaq Cənub Qaz dəhlizi çoxtərəfli tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirdi.

    Cənub qaz dəhlizi  məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.

 

   Tarixə nəzər salaq: 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat imzalandı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixdə Bakıda “Cənub qaz dəhlizi”nin, 12 iyun tarixdə isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP vasitəsilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr  2019-cu ildə  TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 31 dekabr 2020-ci ildə isə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.

   Prezident İlham Əliyevin müasir eneji strategiyası ölkəmizi regionun enerji mərkəzinə çevirməklə bərabər onu Avropanın enerji təhlükəsizliyi sistemində aparıcı rol oynamsına da təkan verdi. Bu gün Azərbaycan Cənub qaz Dəhlizi və bu dəhlizin əsas seqmentləri vasitəsilə öz qazını Avropa bazarlarına çıxarır. Tranzit və idxalçı ölkələrdən biri də qardaş Türkiyədir.

   Qaz nəqlinin əsas xətləri sırasında Trans Anadolu marşrutu özünəməxsus rol oynayır. 2018-2021 illər ərzində TANAP la 13, 6 milyard kubmetr təbii qaz nəql olunur. 2021-ci ilin 11 ayı ərzində 7,7 milyard kubmetr təbii qaz nəql olunub, onun 5,4 milyard kubmetri TANAP-ın payına düşür. Türkiyənin qaz bazarına 2007-ci ildən 2021-ci ilə qədər 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb. Beləliklə Azərbaycan-Türkiyə münasibətləri enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəldi. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyi regionda yeni siyasi georeallıqların inkişaf proseslərinin aparıcı faktoru kimi də reytinq qazanmaqdadır.

    Cənub Qaz Dəhlizi  ilə Azərbaycan və Türkiyə energetika sahəsində yeni əməkdaşlığın persperktivlərini müəyyənləşdirdi. Bu layihədən sonra nəinki ənənəvi neft kimya sektorunda eləcə də elektrik enerjisi yaşıl enerji konsepsiyası çərçivəsində alternativ və bərpa olunan enerji mənbələrinin birgə işlənməsi və ixracı sahəsində layihələr həyata keçirildi.

 Bütün bunlar 2021- ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı Şuşa Bəyənnaməsində əksini tapan müddəalarda yer alıb. Şuşa Bəyannəməsində qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında da müvafiq müddəalar var ki, bu da Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarını tamamilə təmin edir.

 Azərbaycan bu gün Avropada enerji təhlükəsizliyinə öz töhvəsini verir. STAR neft emalı zavodu,  Pedkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyətindən də danışanda görərik ki, Azərbaycanın Türkiyədəki sərmayəsi artıq 19 milyard dollardan çoxdur.

Bu isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”

 

  XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

 

     Layihədə iştirakçı tərəflər layihənin baş tutmasında Prezident İlham Əliyevi şəxsi və siyasi iradəsinin əsas faktor olduğunu deyirlər.

 İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.

 

   Son dövrlərdə bu kimi məqsədlərlə müxtəlif təşəbbüslər ortaya atıldı. Lakin onların hamısı siyasi və iqtisadi iradənin olmaması səbəbindən kağız üzərində qaldı. Artıq tam gücü ilə istifadəyə düşən “Cənub qaz dəhlizi” isə məhz  Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.

 

 Fərqanə Ağalarova,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü