“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı təmin edilib.
Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada
baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi
üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar
haqqında” yeni qanunun hazırlanmasını labud edirdi.
Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz
dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki
illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara
uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında”
yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.
Tarixi Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük
yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında”
Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ümumilikdə sözügedən Qanun hansı
yeniliklərə yol açacaq? Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri,
çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, həmçinin
xarici dövlətlərlə ikitərəfli əlaqələrinin möhkəmlənməsində mühüm
rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan
iqtidarının diqqət götərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən
artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal
şəraitin yaradılması da demokratik inkişafın təqdimatında öz sözünü
deyir.”
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul
edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində
də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi
addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan
bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun
layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti
yarandı.
Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının
2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi
barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi
partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin
təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə
yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə
və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə
alınıb.
Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya
ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının
hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa
icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul
olmaq, həmçinin “Media haqqında” Qanuna uyğun olaraq çap mediasını təsis
etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya
onlarda iştirak edə bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil
olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi
partiyanın maliyyələşdirilməsində əsas məqamlar da yer alır.
Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks
etdirir.”
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox mühüm məqamları
özündə ehtiva edir. Heç şübhəsiz ki, Qanun layihəsi cəmiyyətdə yeni
çağırışların, baş verən hadisələrin, sosial-siyasi tələblərin daha
dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının
daha da möhkəmləndirilməsinə ciddi fayda verəcəkdir.
Salman Həziyev,
YAP Neftçala rayon təşkilatının
veteran üzvü
Digər xəbərlər