Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var.

2023-02-22 Baxış: 260
img

Postmüharibə dövründə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçi qismində iştirak etməyə çalışırlar. Təəssüf ki, tənzimləmə prosesinə qoşulmaq istəyən ölkələrin və beynəlxalq təşkilatların heç də hamısı xoş məram nümayiş etdirmir və regionda öz maraqlarının təmin olunmasını önə çəkirlər. Bəzi iddialı dövlətlərin və beynəlxalq qurmların Ermənistana açıq şəkildə himayədarlıq etmək istədikləri də heç kəsə sirr deyil. Bu kontekstdə Azərbaycanın ədalətli yanaşması diqqət çəkir. Müharibənin qalib tərəfi olan respublikamız regiona uzunmüddətli sülh gəlməsi üçün əlindən gələni edir. O cümlədən Azərbaycan sülhyaratma prosesinə xoş məramla qoşulan, konstruktiv mövqe sərgiləyən bütün vasitəçilərin səylərini qəbul edir və yüksək dəyərləndirir. Bunu Prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda bir daha diqqətə çatdırıb.Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edən Dövlət başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.Bütövlükdə, konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha əmin oluruq ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti qələbəsi oldu.

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri