Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur.
Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim
tarixə malikdir. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət
göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin
20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin
repressiyasının qurbanı olaraq göndəriliblər. İki ölkə arasında diplomatik
münasibətlər mövcuddur. Bu münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.
İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. 2
oktyabr 2006-cı il tarixli qanun ilə Azərbaycan Respublikasının Tacikistan
Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir. Aprelin 5-də Azərbaycan
Prezidenti İlham Əliyevin Tacikistan səfəri iki ölkə arasında onsuz da uğurlu
olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. Səfər zamanı imzalanmış
çoxsaylı sazişlər qarşılıqlı investisiyaların artırılmasından və maliyyə
münasibətlərinin möhkəmlənməsindən mədəni və turizm əlaqələrinin inkişafınadək
ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir. Xalqlarımız əsrlər boyu
dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda
tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada
dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni
bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin
yaradır.
Düşünürəm ki, ölkələrarası münasibətlərin inkişafı
ilk növbədə məhz bu sahədən başlamalıdır. Çünki mədəniyyət xalqları birləşdirir,
incəsənətin, xüsusilə musiqinin dili tərcümə tələb etmir, hər kəs tərəfindən
başa düşülür. Mədəni əlaqələrimiz aktiv şəkildə inkişaf edir. 2013-cü ilin
iyununda Düşənbədə Azərbaycan və Tacikistanın simfonik orkestrlərinin iştirakı
ilə “Rast-muğam” adlı möhtəşəm konsert proqramı olmuşdur. Konsert təkcə Düşənbədə
deyil, Tacikistanın digər iki vilayət mərkəzində də baş tutdu və hər kəsdə dərin
təəssüratlar yaratdı. Muğam musiqisi xalqlarımızı birləşdirən mədəni dəyərlərdən
biridir. Azərbaycanda olduğu kimi, Tacikistanda da muğamı (“Şaşmakom”) qədim
dövrlərdən bu günədək qoruyub saxlayırıq. Bundan başqa, Azərbaycanda olduğu
kimi, bizdə də aşıqlar var ki, onlara “falak” deyilir. Bu janrla bağlı da
oxşarlıqlarımız var. Falaklar da, aşıqlar kimi, gördüklərini şeirə, musiqiyə
çevirib oxuyarlar. Musiqi
alətinə gəlincə, bizim aşıqlar “dombra” ilə ifa edərlər. Bundan əlavə, bizdə də
tar və kamança alətləri var. Bir sözlə, bizim mədəniyyət, musiqi sahəsində
oxşarlıqlarımız qədim tarixə malikdir. Yeri gəlmişkən, 2012-ci ildə Azərbaycan
və Tacikistanın ictimai televiziyaları vasitəsilə Bakı ilə Düşənbə arasında
telekörpü keçirilmişdi. Geniş tamaşaçı auditoriyasına təqdim edilən bu yayım
elm, mədəniyyət, təhsil, humanitar mövzuları əhatə edirdi. Əlbəttə, belə tədbirlər
çox faydalıdır. Məsələn, mart ayında keçirilən Novruz bayramında milli geyimlərimiz,
musiqi alətlərimizdən ibarət sərgilər olur. Sərgini çoxlu insanlar ziyarət
edir, suallar verirdilər. Tacikistanda da Novruz böyük təntənə ilə bayram
edilir. Bayram günlərində qala konsertlər, əl işlərindən ibarət sərgilər, idman
oyunları keçirilir.
Prezident
İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri
zamanı mətbuat bəyanatında "Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin
mövcud olduğunu vurğulamışdır. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində
yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini,
Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada
dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni
bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin
yaradır" deyə dövlət başçısı qeyd etmişdir.
Gülər Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər