İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi.
3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən
bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Prezident İlham Əliyev konfransda bildirib ki,”İrandan
Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota
verildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai
qaydada açıqlandı. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha
intensiv forma aldı. Hətta İran bizim sərhədə yaxın hərbi təlimlər təşkil
etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik”Azərbaycan
İran yük maşınlarının Qarabağ bölgəsinə qanunsuz daxil olmağa etdiyini göstərən
eksklüziv video-görüntülər əldə edib. İranlılar və ermənilər bu zaman müxtəlif
hiylələrə əl atırlar Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına
yaxınlaşarkən Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək
üçün İran yük maşınlarına erməni qeydiyyat nömrələri bərkidirlər. Onlara elə
gəlirmiş ki, bu cür hiyləgərliklərlə kimisə aldada biləcəklər. Ancaq eyni
nömrəni bir yük maşınından digərinə bərkitməklə yanılıb və ilişiblər. Bununla
bağlı Azərbaycanın əlində konkret,
təkzibolunmaz fotoşəkil dəlilləri var.İran
İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici
İşlər Nazirliyinə dəvət edildi. Səfirə nota verildi və İran tərəfinin
Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.
Səbəb həqiqətən də sanballı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük
daşınması. Səfirin diqqətinə birmənalı şəkildə çatdırıldı ki, Azərbaycan tərəfi
iki ölkə münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə
narahatdır.Notada rəsmi Bakının icazəsi olmadan dost İran İslam
Respublikasına məxsus müxtəlif nəqliyyat vasitələrinin Azərbaycanın Qarabağ
bölgəsinə davamlı olaraq girməsindən narazılıq əksini tapıb. Əvvəllərdə İran
tərəfinə şifahi şəkildə çatdırılan narazılığımız görüş zamanı yenidən səfir
qarşısında qaldırılib.Rəsmi Bakı o vaxt bu cür qanunsuz hərəkətlərə son
qoyulması üçün yeni İran rəhbərliyindən əməli addımlar gözlənildiyi
bildirilmişdir.
Zülfəli
Muradov,
YAP
Neftçala rayon təşkilatı
ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər