Tarixən Azərbayanda yaşayan Yəhudi icmaları özlərini vətənlərindəki kimi hiss ediblər.

2023-06-02 Baxış: 245
img

          Cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına etdiyi rəsmi səfər ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirmiş oldu. Hər iki Ölkə Liderinin səfər çərçivəsində mətubata səsləndirdikləri fikirlər nəinki ölkələrimiz üçün, bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edirdi. Xüsusi qeyd etməliyik ki, Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən qüdrətli olan İsrailin Azərbaycana olan dost və tərəfdaş münasibəti xarii dairələrin xüsusi diqqətindədir. Tarixə nəzər saldıqda görürük ki, ölkələrimizlə yanaşı xalqlarımız arasında qədim tarixə dayanan dostluq və qardaşlıq münasibətləri mövuddur. Tarixən Azərbayanda yaşayan Yəhudi icmaları özlərini vətənlərindəki kimi hiss ediblər. Hər iki xalq bir-birinin dərdinə şərik olub. Yəhudilər xalqımızın düşmənə qarşı mübarizəsində bizlərlə çiyin-çiyinə döyüşüb, qəhrəmanlıq göstərmişlər. İsrail Prezidentinin səfəri  ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Qeyd edək ki, iki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində atılmışdır. Ulu Öndər Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər. Siyasi əlaqələrin möhkəmliyinə xalqlarımız arasındakı olan sıx dostluq, qardaşlıq əlaqələri də önəmli təsir göstərir.  Bu gün Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi və hər zaman bir-birini dəstəkləməsi müşahidə edilir. Xüsusi vurğulanmalı məqamlardan biri də bu il İsraildə Azərbaycan səfirliyinin açılması faktıdır ki, bu da öz növbəsindı münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. Qeyd edək ki, Ölkələrimiz arasında iqtisadi əlaqələr durmadan genişlənir və inkişaf edir. Bu gün Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir. Belə ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir. Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün dünya dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bilirik ki, artıq dünya bu xüsusiyyətlərinə görə Azərbayanı tolerantlığın beşiyi kimi qəbul edir. Təkə bu göstərici Azərbayanın sülhə, qardaşlığa, dostluğa, əməkdaşlığa nə qədər önəm verdiyinin bariz göstəricisidir. Bu mənada dünyada baş verən qlobal proseslər fonunda Azərbayanın inkişafa, tərəqqiyə yönəlmiş sülh, əməkdaşlıq, tərəfdaşlıq siyasəti xarici həmfikirləri tərəfindən düzgün qiymətləndirilir və dəyərləndirilir.  

 

          Vüqar Qələşov;

          Neftçala rayon sakini, müəllim, Vətən Müharibəsi iştirakçısı