İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır.
İki il
öncə- 15 iyun 2021-ci il tarixində Tükiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanla Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev azad
Şuşada müttəfiqlik haqqında Bəyannaməyə imza ataraq bu tarixi günü bir daha əbədiləşdirmiş
oldular. 29 il əvvəl xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev həmin gün Azərbaycanı böyük fəlakətdən qurtarmışdı. Bu Bəyannamənin imzalanması ilə 15 iyun ikiqat əlamətdarlıq qazanmış oldu.
Şuşa Bəyannaməsi
Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında
2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi
münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Bəyannamə
Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini
əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə
birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil,
ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi
əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır.
Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası
üçün əlavə imkanlar yaradır.
Şuşa Bəyannaməsinin
siyasi olduğu kimi iqtisadi əhəmiyyəti də danılmazdır. Bəyannamə hər iki
ölkənin gələcək qarşılıqlı inkişafı deməkdir. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə
qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialı yeni
iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl
turizm imkanları açılacaq.
İqtisadi
əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən
biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər
iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında
daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad
edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada
konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi
də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən
siyasi, diplomatik bir mesajdır.
Azərbaycan
və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini
dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin
düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında
bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni
tarixi gerçəklik deməkdir.
Fəridə
Qafarova,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər