Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var
Bir
neçə gün əvvəl Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz
Şərifin Azərbaycana rəsmi səfəri iki dost və qardaş ölkə arasında
münasibətlərin perspektivləri baxımından böyük əhəmiyyətə malikdir. Prezident
İlham Əliyev iyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş
bəyanatında Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərindən
danışaraq, bu münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və
qarşılıqlı dəstək üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlət başçımız
bildirdi ki, Pakistanın işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı
Azərbaycana verdiyi güclü dəstək mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanla
Pakistan arasındakı münasibətlərin elm və təhsil sahəsində də inkişafı hər
birimizi sevindirir. Azərbaycan Dillər Universiteti bu münasibətlərin
qurulmasında yaxından iştirak edir. Pakistan Müasir Dillər Universitetində
Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı ADU-nun son illər gördüyü ən
mühüm işlərdən biri hesab olunur. Bu nöqteyi-nəzərdən ADU-nun aparmış olduğu
işlər xüsusilə seçilir. Qarşılıqlı tədqiqatların aparılması, tələbə
mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin, iki ölkənin universitetləri
arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi böyükdür.
Universitetlərdə hər iki ölkənin əlamətdar günlərinin qeyd olunması, Azərbaycan
həqiqətlərinin təbliği, eləcə də Azərbaycanın və Pakistanın görkəmli
şəxsiyyətlərinin, elm adamlarının fəaliyyəti ilə bağlı birgə konfrans, seminar
və digər yığıncaqların keçirilməsi məqsədəuygundur. Bu gün Azərbaycanda
Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə
baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda,
Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə
təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Səfər çərçivəsində Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də önəmli mesaj verdi. Baş
nazir bildirdi ki, Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim
münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub.
Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Vüqar
Dadaşov,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər