Sovet İttifaqı dağılandan sonra, türkdilli respublikaları öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cumhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türk dilli dövlətlərin birliyi yarandı
Türklərin tarix boyu dünya birliyi ilə
fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın
nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin
yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan Ulu Öndər Heydər
Əliyev də XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi böyük dühalardan biri kimi
ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən
başlıca xüsusiyyətlər Onun qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığına,
hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik
olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə
sığmayıb, bütün dünyaya yayılmışdır.
Ulu Öndərin baxışları və fəaliyyətində
Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsi xüsusi yer
tuturdu. Onun bu sahədəki mövqeyi Azərbaycan daxilindəki fəaliyyətdə, SSRİ-nin
türk xalqlarına münasibətdə, Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub
inkişaf etdirilməsində özünü büruzə verirdi. O, Öz fəaliyyətində Türkiyəyə,
türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü. Heydər
Əliyev bu məsələdə Özünün mükəmməl nəzəri biliyi və nəhəng praktik fəaliyyəti
ilə seçilirdi. Türk və müsəlman xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə
xüsusi əhəmiyyət verən Heydər Əliyev bu istiqamətdə fəaliyyət göstərirdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində,
xüsusən SSRİ dağıldıqdan sonra yaranmış beş yeni müstəqil türk dövlətinin
arasındakı ictimai-siyasi əlaqələrin hətta qırılmaq səviyyəsinə gəlib çatdığını
görür və bu məsələ Onu ciddi narahat edirdi. Ulu Öndər görürdü ki, bu dövlətlərdən
hər biri öz problemlərini təklikdə həll etməyə çalışır, dil bir, din bir, qan
bir qardaşlarının köməyinə müraciət etməyə, qardaş yardımından bəhrələnməyə nədənsə
az meyil göstərirlər. Belə bir şəraitdə türk dövlətlərindən hansısa biri təşəbbüsü
ələ almalı, türk xalqlarını əməkdaşlığa, birliyə, birgə fəaliyyətə yönəltməli
idi. Türkiyə böyük dövlət kimi yeni yaranmış türk dövlətləri ilə iqtisadi və mədəni
əlaqələri genişləndirmək üçün cəhdlər göstərirdi. Lakin türk dövlətlərini və
xalqlarını öz tarixi köklərinə istiqamətləndirmək kimi xeyirxah məqsəd güdən nisbətən məhdud miqyaslı işlərin özü
belə, özünü keçmiş SSRİ-nin varisi sayan Rusiyada böyük qısqanclıqla
qarşılanırdı. Eyni zamanda, Türkiyənin belə cəhdləri Avropa dövlətlərində və
ABŞ-da birmənalı qarşılanmırdı. Digər tərəfdən, yeni müstəqilliyini qazanmış
türk respublikalarının başçıları hələ Moskvanın adamı olaraq onlara xidmət
edirdilər və bu adamların siyasi birliyə nail olmaq, tarixi soykökə qayıtmaq
istiqamətində çalışmalarına ümid etmək doğru olmazdı. Çünki onlar psixoloji cəhətdən
buna hələ hazır deyildilər. Odur ki, bu təşəbbüsü məhz yeni müstəqillik
qazanmış türk dövlətlərindən biri öz üzərinə götürməli idi. Belə bir lider ömrünün
çox hissəsini siyasətə və dövlət işlərinə həsr etmiş Heydər Əliyev ola bilərdi.
Çünki Onu bütün türk xalqları görkəmli dövlət xadimi, Türk dünyasının böyük
oğlu kimi tanıyırdı. Heydər Əliyev həm də Türk dünyasının problemlərini, onları
yaxınlaşdırmaq yollarını dərindən bilirdi. Ona görə də, Ulu öndər hesab edirdi
ki, türk xalqlarının yaxınlaşması zəruridir və müstəqil türk dövlətləri
başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər və
oynamalıdır. Ümummilli lider türk xalqlarının yaxınlaşması zəruriliyindən bəhs
edərək belə demişdir: “Mən bu gün həqiqətən qeyd etmək istəyirəm ki, bizim
xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz
birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir,
oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız
vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da
bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə
saxlayır. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil
dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin
fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Bu günədək türkdilli ölkələrin dövlət
başçılarının on zirvə görüşü keçirilmiş və bu görüşlərdə müzakirə olunan məsələlər
və imzalanan “İstanbul bəyannaməsi”, “Bakı bəyannaməsi”, “Naxçıvan bəyannaməsi”
və başqaları türkdilli dövlətlərin iqtisadi və mədəni əlaqələrinin artırılması
və birliyi istiqamətində irəliyə atılmış çox mühüm addımlardır və bu gün də
davam edir.
Xannənə Ağayeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər