Yevlaxda yaşayış binasından təhlükəli sursat aşkarlanıb
31.05.2019
Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3, mənzil 116 ünvanında 1 ədəd təhlükəli sursat tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən ONA-ya verilən məlumata görə, bu barədə Agentliyə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub.
Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketiaşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Digər xəbərlər