Saxta pulla telefon almaq istəyən Salyan sakini saxlanılıb.

2020-01-23 Baxış: 603
img

Mobil telefon alarkən 5 ədəd saxta 100 manatlıq əskinas verməkdə şübhəli bilinən Salyan rayon sakini Q.Bayramov saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşovun mobil telefonunu alaraq əvəzində 5 ədəd saxta 100 manatlıq əskinas verməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Q.Bayramov saxlanılmışdır.