Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq.

Təqribən
30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olub: “Biz beynəlxalq
ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə
ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət
çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı
qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız
üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur.
Daha
sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə
azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər
sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq
hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir.
Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi
yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə
son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq
edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.
“Üçüncü
təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş
deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə
yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar
olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı
toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən
az çəkdi. Bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin
mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin
sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən
verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində
yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm
və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.
Dünyada
hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli
mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu həmçinin
beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə
və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi
bütövlüyü pozulur”.
Gülzadə
Rəşidova
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı
Digər xəbərlər



