“Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir”

2022-06-30 Baxış: 291
img
Xalqımız haqq işi uğrunda səbrlə dayanaraq dünya dövlətlərinə sayğı ilə münasibət göstərdi. Beynəlxalq təşkilatlardan sülh yolu ilə bu haqsızlığıa son qoyulması tələbi irəli sürdük. Lakin göründü ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycan xalqının haqq mübarizəsində onun qədər maraqlı deyildir. Bu səbəbdən Ali Baş Komandan Cənab İlham Əliyevin qəti qərarı ilə 2020-ci ilin 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladıldı. Bu müharibədə 44 gün Vətən övladları dayanmadan, qorxu bilmədən savaşdı. Yaralandı, geri dönmədi, vüqarla “Vətən üçün!”- dedi. Bəli, biz bu yolda qalib gəldik. Xalqımızın mərd övladlarının qanı, canı bahasına. Ali Baş Komandanımızın xalqı üçün apardığı düşünülmüş xarici və daxili siyasət, güclü ordu quruculuğu, güclü iqtisadiyyat, vətən sevgisindən dövlət həmrəyliyinə sıx, birləşmiş bir qüvvə ilə... Və bu qalibiyyətdən sonra vandal düşmənin yurdumuzda açdığı ağrılı yaraların bir daha şahidi olduq. Nələr vardı bu 30 ilin arxada saxladığı günlərdə. Torpaq haray etdi... talanmış, yandırılmış, dağıdılmış memarlıq abidələri, məscidlərimiz, qalalarımız, məzarlıqlar, bir sözlə yerlə yeksan edilən şəhərlər, kəndlər qan ağlayırdı... Torpağımıza əkilmiş minalar, düşmənin hiyləgər siyasəti... bütün bunlar çəkindirmədi ölkə rəhbərini quracağı yeni layihələrdən. Və o böyük xalqsevər insan haqq işimizin davamlı irəliləməsi üçün yeni baş planlar, layihələr icra edilməsinə tapşırıqlar verdi. Heydər Əliyev fondunun bu sahədə xidmətləri danılmazdır. Şuşa şəhərində təşkil edilən beynəlxalq tədbirlər, doğma ocağa qovuşmaq necə olur mesajı idi. Bütün görülən işlər Azərbaycan xalqının haqq yolunun aynası idi. Qovuşduğu həsrətin sara bildiyi yaralarınn məlhəmi idi. Burada biz sözü vardı, “Birlikdə güclüyük” sədası var idi. Biz illərin ağrılı həsrət yükünü birlikdə qaldırdıq. Bu gün həmin ərazilərdə geniş quruculuq, ayrı-ayrı şəhər və kəndlərimizdə baş planların icra edilməsi məcburi köçkünlərimizin tezliklə öz yurdlarına dönməsinin vacibliyini göstərir. Minaların təmizlənməsi bu istəyimizin qarşısında ən böyük maneələrdən olsa da, biz bu işlərin layiqincə icrası üçün xalq olaraq birlikdə çalışırıq. Minaların təmizlənməsi ən çətin, vacib işlərdir. Bu günə qədər 220 nəfərdən çox soydaşmızın mina səbəbinən dünyasını dəyişməsi, yaralanması faktı erməni vandallığının nəticəsidir. Biz rgionda sülhün əbədi, dayanıqlı olması üçün əlimizdən gələni edirik. Dövlət rəhbərimiz bu sahədə bütün mümkün imkanları həyata keçirir. Lakin görünən odur ki, mənfur düşmən bu sahədə çirkli niyyətindən uzaqlaşmaq istəmir, gizli, aşıkar bu pis niyyət görünməkdədir. Onların apardığı siyasətdə sülh sözü ən sonuncu yerdə, bəlkə də yox kimidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövusunda iyunun 27-də keçirdiyi 11 - ci sessiyasında videoformatda iştirak edib. Ölkə rəhbərimiz bildirib ki, “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi nəticəsində 2020-ciil Vətən müharibəsindən sonra bizim üçün dayınıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər, beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş, dağıntıların tam miqdarını sənədləşdirmişdirlər”. Cənab prezident İlham Əliyev bildirib ki, “Azərbaycan süh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmas həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yudlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir”. Cənab Prezident İlham Əliyev həmçinin öz çıxışında bildirmişdir ki, “Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Məqsədimiz Dayınıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüzv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək”. BMT-nın Yaşayış Məskənləri Proqramları(UN-HABITAT) tərəfindən hər iki ildən bir sürətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya şəhər Forumu iyun ayının 30- qədər davam edəcəkdir. Azərbaycan Respublikasında həyata keçirilən işlər, şəhərsalma mövzusunda illik əsasda konfransın keirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr, ilk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsini nəzərdə tutmuşdur.nanırıq ki, cənab prezidentimiz İlham Əliyev başda olmaqla bu sahədə görülən işlər dövlətimizin qüdrətini daha da artıracaqdır. Ermənistanın nə qədər əngəlli siyasəti olsa da, törətdiyi hər bir əngəl sadəcə özünə ziyan edəcəkdir.
             Bədirə Niftaliyeva;
            YAP Neftçala rayon təşkilatının fəal üzvü, Neftçala rayon ziyalısı, yazıçı-publisist