Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki,başa çatıb.

Prezident
İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun
davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib.
Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli,
yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə
müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə
xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə
ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə
prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir. İnfrastruktur layihələri
respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter
almışdır. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya
miqyasında 34-cü yerdədir.
Belə
ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər
qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng
infrastruktur şəbəkəsinin yaradılması deməkdir. İnfrastruktur layihələrinin
icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə də bu layihələrin
maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng
infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması
nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və
infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata
keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd
etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini
göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi,
məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa
çatdırılacaqdır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət,
respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və
siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib. Prezident İlham Əliyevin
rayonlara səfəri bölgələrimizin davamlı inkişaf etdiyini və sosial-iqtisadi
layihələrin uğurla icra edildiyini bir daha təsdiqlədi. Azərbaycan
Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət
prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt
gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək,
respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini
sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.
Dövran Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri, Hacıqabul Mərkəzi
Rayon Kitabxanasının direktoru.
Digər xəbərlər



