Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvan Muxtar
Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra
rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib.
Prezident
İlham Əliyev çıxışına başlayaraq gorüşə gələn qonaqlara onların ölkəmizin müxtəlif
bölgələrində müxtəlif vəzifələrə təyin edildiklərini, onlara göstərilən etimadı
və həmin etimadı doğruldacaqlarından danışıb. O, qeyd edib ki, təyin olunan şəxslər
öz əməyi və işi ilə qarsıda duran vəzifələrin icrasını böyük səylə yerinə yetirəcəklər.
Bu işlərin böyük məsuliyyət tələb edən işlər olduğunu, ilk növbədə Prezidentin
verdiyi tapşırıqların yerinə yetirilməsinin vacib olduğu vurğulanıb. Ölkə rəhbərimiz
qeyd edib ki, hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə
verdiyi tapşırıqların onlar üçün əsas iş prinsipləri olmasını və ilk növbədə,
xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olduğunu bilmələridir. Rəhbər vəzifədə
çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü,
onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç
bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə
düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini
hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər,
eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla
bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan
ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə,
qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də
var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz
qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı
ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz
kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin
düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər
götürüləcəkdir- deyərək çıxışına davam edən Prezident İlham Əliyev cıxışını bu
cümlələrlə yekunlaşdırıb:
Əminəm
ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə
düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz
yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı
doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız. Sizə uğurlar arzulayıram.
Sağ olun.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



