Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır.

2023-04-11 Baxış: 183
img

Heydər Əliyevin qurduğu konsepsiyanın uğurlu davamını 2003-cü ildən sonra Prezident İlham Əliyev həyata keçirməyə başlayıb.Prezident İlham Əliyev Azərbaycan adlı yükün altına girmək məsuliyyətinin davamçısı olduğunu anlayaraq ölkəmizin uğurları üçün yorulmadan fəaliyyət aparır.Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin əsas strateji prioritetləri olmuşdur.2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri zamanı qələbə qazanan İlham Əliyev növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb.Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir.Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır. 2011‒2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılmışdır. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilmişdir. Xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirmişdir.Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur.Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir.Prezidentin regionda söz sahibi olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir.İlham Əliyevin prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə, bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib çıxardı. Prezident ötən müddətində uğurlu siyasətini tam şəkildə həyata keçirdi, işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və beləliklə, dünyaya bildirdi ki, doğrudan da Azərbaycan xalqının rəhbəri, Ali Baş Komandanı, ordusu və xalqı bu qələbəni qazanmağa qadirdir. Azərbaycan xalqı hər zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan Cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir.

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri.