"Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur."

2023-05-05 Baxış: 209
img

Mingəçevirdə məscid komleksinin açılışı mərasimində nitqindən (8 oktyabr 1998-ci il)

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən qoruyub saxlamış və nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın milli əxlaqi və bəşəri duyğularını özündə təcəssüm etdirir. Məlumdur ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din, adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “…Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”

Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Mingəçevirdə məscid komleksinin açılışı mərasimində nitqindədə qeyd etmişdir ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur.” Ulu Öndərin müstəqilliyə qovuşdurduğu Azərbaycan hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, gələcəyə doğru inamla irəliləyir və gələcəyə inamlı nailiyyətlərə imza atır. Ümummilli lider H.Əliyevin “Xalqımızın mənəviyyatını qorumağı və zənginləşdirməyi başlıca amilə çevirməliyik” hikmətində milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini sözlərini xatırladaraq prezident İlham Əliyevin dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmi vurğulayıb.

Anarə Mustafayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü