Azərbaycan dilinin qorunması hər kəsin borcudur

2023-07-31 Baxış: 208
img

Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi- nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media  ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummilli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.

Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri qiymətdən də aydın olur ki, səlis, axıcı, ahəngdar Azərbaycan dili türkdili xalqlar arasında da seçilir və sevilir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur. 

“Ana dilimiz müstəqil Azərbaycanın , Azərbaycan xalqnın ən böyük milli sərvətidir” söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial- iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı.

Ölkə başçısı Cənab Prezident İlham Əliyev ana dilimizlə bağlı siyasətində də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi çıxış edir və bu işi uğurla davam etdirir: “Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.”

Son zamanlar ölkə gündəmində, eləcə də sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də Azərbaycan dili məsələləridir. Bu kimi müzakirələr adətən müxtəlif filmlərin tərcümə edilərək mavi ekranlara çıxarıldığı zaman daha geniş vüsət alır. Bu baxımdan dövlətin mədəniyyət siyasətində yeni formalaşdırılmış strateji prioritetlərinin cəmiyyətə təqdim olunması olduqca vacibdir. Ona görə də bu yeni formalaşdırılmış strateji prioritetlər haqqında danışacağıq. Öncə qeyd edək ki, yeni strateji prioritetlər Azərbaycan xalqının milli maraqlarını özündə ehtiva edir. Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir, hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummilli lider Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur fikirlərini Prezident İlham Əliyev 2021- ci il 6 yanvar tarixində keçirilən tədbirlərin birindəçıxışı zamanı bildirmişir.

 

Səbahi Abbasova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini