Minsk-2019: Azərbaycanın iki güləşçisi yarımfinala yüksəlib

2019-06-26 Baxış: 903
img

26.06.2019

Azərbaycanın iki güləşçisi yarımfinala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güləş yarışları davam edir.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bu gün mübarizəyə qoşulan Azərbaycan yığmasının üç güləşçisi xalça üzərinə çıxıb.

65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev 1/8 finalda ermənistanlı Valodya Franqulyana (Ermənistan) 6:0 hesabı ilə qalib gəldikdən sonra belaruslu Georgi Koliyevlə üz-üzə gəlib. Güləşçimiz 7:5 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi ukraynalı Hor Ohanesyan olacaq.

Nurməhəmməd Hacıyev (97 kq) öncə polşalı Radoslav Barana 8:0, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Murazi Mçedlidze olacaq.

Qadın güləşində çıxış edən İrina Netreba (68 kq) yarışa uğursuz başlayıb. 1/8 finalda Cenni Franssona (İsveç) uduzan təmsilçimiz rəqibin finala yüksəlməsini gözləməyə məcburdur.

Qeyd edək ki, bu gün start götürən çəki dərəcələrində yarımfinal, həmçinin bir gün əvvəl mübarizəyə başlayan kateqoriyalarda medal qarşılaşmaları saat 19:00-da başlayacaq.