Neftçalada "Mercedes" aşdı; 6 nəfər yaralandı. Yenilənib (Fotolar)

2019-07-10 Baxış: 1811
img

10.07.2019

Neftçalada baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

MAYAKİNFO-nun məlumatına görə, qəza zamanı avtomobildə olan şəxslər bunlar olmuşdur :

1. 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu 

2. 1985-ci il təvəllüdlü Ağasiyev Tahir Əflatun oğlu 

3. 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu
4. 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu 

5. 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu 

6. 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu 

***********************

Bu gün saat 21:00 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, rayonun 1984-cü il təvəllüdlü Bankə qəsəbə sakini Əmirov Mirzamir Seyidhəsən oğlu idarə etdiyi 99-NS-345 Dövlət Qeydiyyat Nişanlı "Mercedes C" markalı avtomobili idarəetməni itirərək aşırmışdır. Hadisə nəticəsində avtomobildə olan 1 nəfəri azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.