Neftçalada daha bir "Mercedes" aşdı; 16 yaşlı gənc dünyasını dəyişdi.

2019-07-11 Baxış: 1463
img

11.07.2019

Bu gün günorta saatlarında Neftçala rayonunun Kürqarabucaq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO - nun məlumatına görə, Neftçala rayon Aşağı Qaramanlı kənd sakini 1984-cü il təvəllüdlü Röyal Fərəcovun idarə etdiyi dövlət nömrə nişanı 10-XR-605 olan “Mercedes-C” markalı minik maşını sərt döngədə idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan Aşağı Qaramanlı kənd sakini 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğlu qəza yerində dünyasını dəyişib. Sürücü və 62 yaşlı anası Fərəcova Qızqayıt Yusif qızı isə xəsarət aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araıdşrma aparılır.