Neftçalada Baş Mil - Muğan kollektorunda 3 nəfər boğuldu

2019-07-24 Baxış: 1432
img

24.07.2019

Neftçala rayonunun Yeniqışlaq kəndində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində 3 nəfər çimərkən batıb.

MAYAKİNFO-nun məlumatına görə, Neftçala rayon Həsənabad qəsəbə sakinləri 1990 - cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində çimərkən boğulmuşlar.

Faktla bağlı araşdırma aparılır.