DSX-nın dünyasını dəyişmiş əsgəri doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb

2019-10-22 Baxış: 4149
img

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Bədəlov Həsən İbrahim oğlu  dünyasını dəyişib. 

MAYAKİNFO xəbər verir ki, 2000-ci il təvəllüdlü əsgər Həsən Bədəlov Neftçala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və DSX-nın Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəsində bir ilə yaxın qulluq edirmiş.

Dünyasını dəyişən əsgərimizin nəşi bu gün doğulduğu Neftçala şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndələri, mərhum əsgərin qulluq etdiyi hissənin  zabit heyəti, DSX-nın Neftçala rayonunda yerləşən hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşları  və rayon ictimaiyyəti iştirak etmişdir. 

Əsgərin ölüm səbəbi barədə DSX rəsmi məlumat yaymayıb.