İki həftə əvvəl Neftçalada yanan yataq xəstəsi dünyasını dəyişdi

2019-10-22 Baxış: 1088
img

İki həftə əvvəl Neftçala rayonunun Şorkənd kəndində yanan yataq xəstəsi bu gün dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, oktyabrın 8-də kənd sakini 66 yaşlı Cahangir Əlövsət oğlu Piriyevə məxsus evin mətbəx kimi istifadə olunan köməkçi tikilisində baş verən yanğın zamanı ev sahibi ağır dərəcəli xəsarəti alıb. Bildirilir ki, C.Piriyev az əvvəl insult keçirdiyindən yataq xəstəsi olub. Tikilidə baş verən yanğının onun çarpayısından yanan siqaretdən başlandığı deyilir.

Qeyd edək k, Cahangir Piriyev Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.