Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçisi təyin olunub

2019-10-23 Baxış: 680
img

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.

MAYAKİNFO-nun xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

***

Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçiləri vəzifəsindən azad edilib.

MAYAKİNFO-nun xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad olunub.

Baş Nazir Ə.Əsədovun digər sərəncamları ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifədən azad ediliblər.

Həmin vəzifələrə hələ ki yeni təyinat olmayıb.