Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
MAYAKİNFO-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2019-cu il.
Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 31 oktyabr 2019-cu ildə 60 yaşı tamam olur.
Digər xəbərlər