Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

2019-10-30 Baxış: 742
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MAYAKİNFO xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb.