Vəkil Bürosunun müdiri idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb

2019-10-31 Baxış: 824
img

Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi "Volkswagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən, 1979-cu il təvəllüdlü Esmira Mustafayevanı vurub. Piyada hadisə yerində ölüb.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmətov APA-ya açıqlamasında faktı təsdiqləyib.