Leyla Əliyeva Moskvada AMOR üzvləri ilə görüşüb
2019-10-31
Baxış: 680
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) üzvləri ilə görüşüb.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında keçirilən görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub.
Botanika bağına iki nar tingi hədiyyə olunub. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüş gənclərin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18