Ölkəyə narkotik gətirən şəxs çantasını atıb İrana qaçdı

2019-11-05 Baxış: 637
img

Noyabrın 3-də saat 07:30 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

MAYAKİNFO-nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə olan 12 kq 730 qram “Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd soyuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.