Salyanda 27 yaşlı qadın dəm qazından boğulub

2019-11-19 Baxış: 835
img

Bu gün axşam saatlarında Salyan şəhərinin “Zavod məhəlləsi” adlanan ərazisində bədbəxt hadisə nəticəsində 27 yaşlı qadın dünyasını dəyişib.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, şəhərin Tale Davudzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü Zəkirə Səfaalı qızı Məlikova evindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.