Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
MAYAKİNFO-nun xəbərinə görə, müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib.
Əməkdar jurnalist İ. Məmmədov “Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib.
O, 2005-2006-cı illərdə Prezidentin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.
İ. Məmmədov 2006-cı ildən 2012-ci ilin fevralınadək “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub, 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-də sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Digər xəbərlər