Neftçalada YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub.
Neftçala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan
Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir
keçirilmişdir.
MAYAKİNFO xəbər verir
ki, tədbiriştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzmüş, xatirəsəni ehtiramla yad etmişlər. Daha sonra tədbiri giriş nitqi ilə açan YAP
Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bütün qonaqları salamladı,
partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə birgə
iştirakdan məmnunluğunu bildirdi, hər kəsə təşəkkürünü bildirdi. Anar
Cəfərov tarixi, siyasi proseslərə nəzərə salaraq qeyd etdi ki, bu partiya
yenicə müstəqilliyinə qovuşmuş bir ölkənin yenidən parçalanmaq təhlükəsi
qarşısında qaldığı bir zamanda ölkənin mütərəqqi fikirli insanlarının,
ziyalılarının təşəbbüsü, ulu öndərin müdrikliyi sayəsində müxalifətdə ikən
yaradıldı. Və çox qısa müddətdən sonra
cəmi 7 aydan sonra hakimiyyətə gəldi və gəlişi ilə Azərbaycan tarixində yeni
bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də ümummilli lider
Heydər Əliyevin idelayaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və
ölkəmizin bu günkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır.
Rayon təşkilatının sədri həmçinin dövlət başçısı, YAP-ın sədri cənab İlham
Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı
iqtisadi və sosial layihələrdən danışdı.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının
yaradıclılarından olan Oktay Kərimov öz çıxışında Azərbaycan dövlətçiliyinin
formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərara olmasında, ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm
rolunun olduğunu bildirmiş, partiyanın 27 ildə keçdiyi əzmkar yolundan söz
açmışdır.
Rayon təşkilatının Qadınlar Şurasının sədri Gültəkin Sadıqova bu əlamətdar hadisə münasibətilə xalqımızı və
bütün partiya fəallarını təbrik etdi. Qeyd
etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa
aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri
cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə
dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli
liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının
seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi
sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli
həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan
siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Tədbirin sonunda YAP Neftçala Rayon
Təşkilatı Gənclər Birliyi tərəfindən hazırlanmış, Yeni Azərbaycan Partiyasının
yaranması və keçdiyi uğurlu yoldan bəhs edən videorolik nümayiş olunmuşdur.
Digər xəbərlər