Tovuzda 10 yaşlı qız itkin düşüb - FOTO
2019-11-22
Baxış: 818

Tovuzda 10 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Əşrəf qızı itkin düşüb. Valideynlərinin bildirdiyinə görə, Nərmin qonşudakı toydan evə gedərkən yoxa çıxıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Digər xəbərlər



