Başçının müavini qəzaya düşdü - Xanımı və sürücü öldü

2019-11-25 Baxış: 706
img

Qaradağda avtomobil yoldan çıxaraq dərəyə aşıb, 2 nəfər ölüb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində baş verib. “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü -1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlardan biri Tovuz rayon İcra hakimiyyəti başçısının müavini Zeynalov Rəşad Nurəddin oğludur, ölən qadın isə onun həyat yoldaşı olub.

**********************************************

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

MAYAKİNFO-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.