Bakıda yük avtomobilinin banından kişi meyiti çıxarılıb

2019-11-28 Baxış: 685
img

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

Nazirlikdən MAYAKİNFO-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.