Ağcabədidə baş verən yol qəzasında ər-arvad yanaraq ölüb
Ağcabədidə baş verən yol qəzasında avtomobildə yanaraq ölən şəxslərin kimliyi məlum olub.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, qəza nəticəsində “VAZ-21099”un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı yanaraq ölüblər.
Qəza nəticəsində “VAZ-2107” markalı, 10 CF 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.
***********************
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər