Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib

2019-11-29 Baxış: 698
img

Prezidentin Administrasiyasında yeni şöbə yaradılıb.

MAYAKİNFO-nun xəbərinə görə, bu,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Sərəncamla Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.