Neftçalada "VAZ-2107" mağazaya çırpıldı.
2019-12-01
Baxış: 1888

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
MAYAKİNFO xəbər verir ki, hadisə dekabrın 1-də saat 22:00 radələrində şəhərin Ağaşirin Cəfərov küçəsində qeydə alınıb. VAZ-2107 markalı 90-ES-882 dövlət qeydiyyat nişanlı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarında olan mağazalara çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazalara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.





×
Digər xəbərlər



