Prezident İlham Əliyev Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib

2019-12-04 Baxış: 587
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MAYAKİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasının əhəmiyyətinə toxunuldu, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla qeyd edilib.